"Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili telefon danışığı hüququndan məhrum edilib”.
Unikal.org xəbər verir ki, bunu Mixail Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili müvəkkili ilə görüşündən sonra deyib.
Vəkilin sözlərinə görə, bu yaxınlarda Baş Prokurorluğun Saakaşvilinin zəng etmək hüququnu məhdudlaşdıran qərarı ilə tanış olublar.
Qeyd edək ki, Mixail Saakaşvili Rustavi həbsxanasında saxlanılır.