Bu gün Rusiyanın paytaxtı Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş keçirilib.
Unikal.org xəbər verir ki, görüş Rusiya Patriarxlığının Müqəddəs Danilovski Monastrında keçirilib.
Xatırladaq ki, sabah Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü nəzərdə tutulub. Oktyabrın 14-də isə Şeyxülislam Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasiminə qatılacaq.