Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 707 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 908 847 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 11 613 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 1 958 nəfər, hazırkı dövrədək isə 850 849 nəfər sağalıb.