"Rusiya cəmiyyətinin əsas düşməni milyonlarla vətəndaşın gəlirlərinin aşağı olmasıdır".
Unikal.org "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin dövlət Dumasında çıxışı zmaanı deyib.
"Əsas düşmənimiz, sabit inkişaf üçün, demoqrafik gələcəyə qarşı olan təhlükə vətəndaşlarımızın, milyonlarla xalqımızın gəlirlərinin aşağı olmasıdır", - deyə Putin qeyd edib.
Putinin sözlərinə görə, əsas vəzifə vətəndaşların gəlirlərini artırmaq, ölkənin bütün bölgələrində iş yerləri açmaq, iqtisadiyyatın daha da inkişafı, əhalinin maddi vəziyyətinin yaxşılaşmasını məhdudlaşdıran maneələri aradan qaldırılmaq olmalıdır.
Ağarza Elçinoğlu