Ermənistan hökuməti daha bir ölkədəki diplomatını geri çağıracaq.

Unikal.org xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Bildirilir ki, İspaniyadakı səfir Vladimir Karmirşalyan tezliklə vəzifəsindən azad ediləcək.

"Karmirşalyan bacarıqsız diplomatlar sırasındadır. Ona görə yox ki, o İspaniyada xüsusi olaraq yaddaqalan bir işi görmür, sadəcə xarakterinə görə seçilmir".