"Taliban" radikalçılarının nümayəndə heyəti gələn həftə Moskvaya gedəcək.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova məlumat verib.
"Növbəti həftə "Taliban" hərəkatının nümayəndə heyətinin Əfqanıstanla bağlı "Moskva formatı" çərçivəsində məsləhətləşmələrdə iştirak etmək üçün Rusiyaya səfər etməsini gözləyirik", - deyə Zaxarova qeyd edib.
Zaxarova, həmçinin Moskvanın Əfqanıstanda İŞİD yaraqlılarının davam edən terror fəaliyyətindən narahat olduğunu bildirib:
"Ümid edirik ki, Kabildə yeni səlahiyyətlilər heç bir kənar müdaxilə olmadan İŞİD-in öhdəsindən gələ biləcək".
Qeyd edilib ki, məsləhətləşmələr 20 oktyabr 2021-ci ilə planlaşdırılıb.
Ağarza Elçinoğlu