Şok! Füzuli Ələkbərov istefa ərizəsi yazdı - EKSKLUZİV
19:08 14-02-2013
CƏMİYYƏT
Nazirin oğlu atasının “başını yedi”
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov vəzifədən getməklə bağlı istefa ərizəsini yazıb. B barədə Unikal.org-a hakimiyyət daxilindəki mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki, nazir Ələkbərov qardaşı Nizami Ələkbərovun İsmayıllı rayonunun icra başçısı vəzifəsindən azad edilməsi barədə məlumatı aldıqdan sonra istefa vermək haqqında qərar qəbul edib. Həmçinin, mənbəmizin verdiyi məlumata görə, nazirə bildirilib ki, üzüsulu formada özü vəzifəsindən istefda verərək, getsin. Əks təqdirdə, onsuz da prezident onu vəzifədən azad edəcək.
Mənbəmiz onu da qeyd edir ki, yaxın günlərdə həmçinin, F.Ələkbərovun oölu Vüqar Ələkbərov da dələduzluq maddəsi ilə həbs edilə bilər. Nazir də məhz bu ehtimalın qarşısını almaq üçün qabaqlayıcı addım kimi vəzifəsindən istefa verərək, kölgəyə çəkilmək qərarına gəlib.
Xatırıladaq ki, prezident İlham Əliyev iki gün öncə keçirdiyi konfransdakı çıxışında ad çəkmədən Nizami Əlkəbərovu, həmçinin, Füzuli Ələkbərovu sərt şəkildə tənqid etmiş, onun oğlu Vüqar Ələkbərovun qudurğanlıq etdiyini bildirmiş və bu halların bir daha təkrarlanacğı təqdirdə, onların hbs ediləcəyini qeyd etmişdi.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)