Dağıstan Xalq Məclisinin deputatları Sergey Melikovu respublikanın rəhbəri seçiblər.
Unikal.org xəbər verir ki, Xalq Məclisinin 90 deputatından 82-si Melikova səs verib.
Melikov and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, 2020-ci il oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Vladimir Vasilyevin istefasını qəbul edib və onu özünə məsləhətçi təyin edib. Sergey Melikov isə Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edilib.