Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin genişmiqyaslı mitinqi keçirilib.
Unikal.org xəbər verir ki,, “Azadlıq” meydanına toplanan müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvləri və tərəfdarları sabiq prezident Mixeil Saakaşvilinin həbsdən azad edilməsini tələb ediblər.
Mitinqə paytaxt sakinləri ilə yanaşı Gürcüstanın müxtəlif bölgələrindən də çox sayda müxalifət tərəfdarının toplaşdığı bildirilir.
Əraziyə çox sayda polis və təcili yardım maşınları cəlb edilib.
Mitinqin keçirildiyi “Azadlıq” meydanında, eləcə də Rustaveli prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Xatırladaq ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.