Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 362 217 nəfər test edilib, onların 30 709-nun koronavirus testi pozitiv çıxıb. Son sutkada 26 461 nəfər xəstəlikdən sağalıb.
Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 113 418 257 peyvənd tətbiq edilib ki, bunun da 88,18 faizi birinci, 75,60 faizi isə ikinci mərhələ vaksinasiya olunanlardır.