Paris İqlim Sazişi qüvvəyə mindikdən sonra, anlaşma çərçivəsində müəyyən edilmiş təmiz enerji hədəflərinə çatmasına kömək etmək üçün Türkiyəyə 3.1 milyard avro kredit veriləcək.

Unikal.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi müqavilə ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Kredit Dünya Bankı, Fransa və Almaniya tərəfindən maliyyələşdirəcək.

Mənbələr kreditin 2 milyard avroluq hissəsinin Dünya Bankı, təxminən 1 milyard avroluq hissənin Fransa, 200 milyondan çoxunun Almaniya tərəfindən veriləcəyini bildirib.

Paris İqlim Sazişi Türkiyə Böyük Millət Məclisi tərəfindən keçən ay təsdiqlənib.