İndoneziyanın Ternate adasının sahillərində 6.0 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Şimali Maluku əyalətində yerləşən Ternate şəhərindən 145 km qərbdə, ocağı isə 60 km dərinlikdə olub.

İnsan tələfatı və sunami təhlükəsi barədə məlumat verilməyib.