Livanın paytaxtı Beyrutda baş verən atışmalarda ölənlərin sayı 7 nəfərə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, atışmalar zamanı 32 nəfər yaralanıb, onların bəzilərinin vəziyyəti ağırdır.
Daha əvvəl 6 nəfərin öldüyü, 30-dan çox yaralının olduğu barədə məlumat verilmişdi.
Xatırladaq ki, Beyrutun mərkəzi hissəsində, Ədliyyə sarayının qarşısında keçirilən aksiya zamanı snayper kütləyə atəş açıb.
Livanın Baş naziri Nəcib Mikati bu gün ölkədə matəm günü elan edib.