“TƏBİB yaradıldı və bu qurum özünü doğrultmadı. Niyə bizim səhiyyə orqanlarının rəhbərləri dövlət başçısına demirlər ki, bu iş bizim bacardığımız iş deyil”.
Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycana xaricdən təcrübəli şəxslər dəvət edilməlidir: “Hesab edirəm ki, Səhiyyə Nazirliyi də ləğv edilməlidir”.