ABŞ-da qətldə şübhəli bilinərək saxlanılan amerikalı iş adamı, milyarder Robert Durst ən yaxın dostunu öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, hadisə 2000-ci ildə baş verib. O, illərdir dostunun ölümünü ailəsindən gizlədib. Belə ki, vəkillərə külli miqdarda pul ödəyərək, cinayətin üstünü illərdir gizli saxlamasına görə məhkəmə ona ömürlük həbs cəzası verib.
Hakimlər 78 yaşlı Durstu "narsist psixopat" olaraq xarakterizə edib.