“Rusiya sülhməramlı kontingenti əldə edilmiş atəşkəs rejiminin qarantı kimi çıxış edir".
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
İclasda Qarabağdakı vəziyyətə və Rusiya sülhməramlılarının işinə dair səslənən fikirlərə toxunan Putin, "Bütün bunlar "pis sülh yaxşı bir müharibədən daha yaxşıdır", "hər dava sülhlə başa çatır" və s. Rusiyanın müdrik kəlamlarının doğruluğunu bir daha təsdiqləyir", - deyə ifadə edib.
Gülayə Mecid