İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 197 nəfər ölüb.

Unikal.org-un xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 123 695 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 857 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 5 765 904 nəfərə çatıb.