Rusiya prezidenti Vladimir Putin "Taliban" hərəkatını rəsmi olaraq tanımaq məsələsində tələsməyə ehtiyac görmür.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya lideri MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

"Biz onlarla ünsiyyət qurmağın lazım olduğunu anlayırıq, amma tələsməməliyik. Bu məsələni sizinlə birlikdə müzakirə edəcəyik, məsləhətləşəcəyik", - Putin vurğulayıb.

O, Əfqanıstandakı vəziyyətin nizamlanması üçün oktyabr ayında Moskvada görüş keçiriləcəyini söyləyb: "Əfqanıstanda barışıq prosesini dəstəkləmək və ümumiyyətlə bu ölkədəki vəziyyəti normallaşdırmaq üçün səy göstərmək lazımdır. Hamımız genişlənmiş “üçlüy"ün işinin bərpasına töhfə verə bilərik. Sizdən bunu dəstəkləməyinizi xahiş edərdim. Mən Pakistanın iştirakı ilə Rusiya, ABŞ və Çini, eyni zamanda Mərkəzi Asiya da daxil olmaqla bölgənin əsas ölkələrinin qatıldığı "Moskva formatı"nı nəzərdə tuturam. Biz çox yaxın gələcək üçün, oktyabr ayında Moskvada bu mexanizmlər çərçivəsində görüşlər keçirəcəyik".