Şimali Osetiyanın paytaxtı Vladikavkazda cəzaçəkmə müəssisəsində təxminən 200 məhbus qiyam qaldırıb
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə bölgənin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Məlumat rəsmi olaraq təsdiqlənməsə də Səhiyyə Nazirliyinin regional idarəsindən bildirilib ki, hadisə yerinə təcili yardım çağırılıb.
“Zərərçəkənlər barədə heç bir məlumat daxil olmayı”, deyə nazirlikdən bildirilib.