Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 900 yoluxma halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 914 699 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 11 700 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 1 954 nəfər, hazırkı dövrədək isə 856 930 nəfər sağalıb.