İranın Kirman vilayətində 5,1 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, vilayətin Zərənd rayonundakı zəlzələnin dərinliyi 10 kilometr təşkil edib.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.