"Xanım Merkelin diplomatik təcrübəsini hiss etdirdiyi başqa bir istiqamət Türkiyə- Avropa İttifaqı münasibətləridir”.
Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
“Türkiyə olaraq Avropa İttifaqına tam üzvlük yolunda qarşımıza çıxan onlarla çətinliyin dəf olunmasında bizə kömək edən xanım Merkelin yardımlarını daim təqdirlə xatırlayacağıq. Görüşümüzdə bir çox məsələlərlə yanaşı, həm də Türkiyə- Avropa İttifaqı münasibətlərinin inkişafına verdiyimiz önəmdən danışdıq”, – dövlət başçısı vurğulayıb.