Hindistanın Kerala ştatının bir neçə bölgəsinə yağan leysan yağışları nəticəsində ən azı 10 nəfər ölüb, təxminən 18 nəfər itkin düşüb.
Unikal.org xəbər verir ki, bu barədə Hindistan "Times" qəzeti rəsmi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, ən çox zərər çəkən ştatın 3 rayonu olub: İdukki dairəsində iki nəfər, dörd nəfər Patanamtitta və Kottayam dairələrində fəlakətin qurbanı olub. Sonuncu dairədə daha 18 nəfər itkin düşdü.
Hindistan Meteorologiya İdarəsi altı bölgədə fövqəladə vəziyyət elan edib.