"Rustavini azərbaycanlı bacı və qardaşlarımızla birgə qurmuşuq və şəhərin inkişafına töhfə vermişik".
Unikal.org xəbər verir ki, bunu Rustavi şəhər merinin müavini David İşxneli Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə ilə keçirilən marafonun mükafatkandırılma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gürcülər azərbaycanlılarla dostluğa böyük dəyər verir:
"Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm. Dost və qardaş xalqa inkişaf və tərəqqi arzulayıram. Güclü Azərbaycan güclü Gürcüstan, güclü Gürcüstan isə güclü Azərbaycan deməkdir".