"Taliban" radikalçılarının rəsmiləri Özbəkistana gedib.
Unikal.org xəbər verir ki, onlar bir sıra iqtisadi problemləri müzakirə etmək üçün Özbəkistan rəsmiləri ilə görüşəcək.
Bildirilib ki, nümayəndə heyətinə "Taliban" hökumətində Baş nazirin müavini Əbdülsalam Hənəfi başçılıq edir.
Heyət Özbəkistan rəsmiləri ilə ticarət və tranzit əlaqələrini müzakirə etmək üçün bu gün Kabildan Özbəkistana yola düşüb.
Özbəkistanın rəsmiləri ilə görüş Termiz şəhərində keçiriləcək.