İraqda deputat seçilən qadının iki ay öncə öldüyü məlum olub. 

Unikal.org xəbər verir ki, Bağdad sakini Ansam Manuel adlı xanım İraqda keçirilən parlament seçkilərində qalib gəlib.

Lakin daha sonra deputat seçilən qadının 2 ay öncə öldüyü məlum olub.

Onun koronavirusa yoluxma nəticəsində səhhətində yaranan problemlərlə bağlı vəfat etdiyi bildirilib.

Qeyd olunub ki, mərhum müstəqil namizəd kimi paytaxt dairələrinin birindən seçkilərə qatılıb.