"Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili fiziki cəhətdən çox zəifdir, lakin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur".
Unikal.org xəbər verir ki, bu barədə onun həkimi Nikoloz Kipşidze deyib.
"Məsləhət görərdim ki, çərşənbə axşamından öncə konsilium təşkil edilsin və həkimlər sonrakı addımları müzakirə etsin. Saakaşvilidə zəiflik, simanın solğunluğu müşahidə edilir, hərəkət etməkdə çətinlik çəkir. Hazırda xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Lakin sonra nələr olacağına baxacağıq", – deyə həkim bildirib.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb.