ABŞ-ın keçmiş prezidenti Bill Klinton bazar günü xəstəxanadan evə buraxılıb.
Unikal.org xəbər verir ki, bu barədə Klintonun sözçüsü Angel Urenya "Twitter" səhifəsində yazıb.
O, əlavə edib ki, hazırda keçmiş prezidentin səhhəti normaldır. Klinton müalicəsini Nyu-Yorkdakı evinə davam etdirəcək.
Qeyd edək ki, ABŞ-ın 1993-2000-ci illərdə 42-ci prezidenti olmuş Bill Klinton oktyabrın 12-də sidik yolu infeksiyasının səbəb olduğu güman edilən sepsis diaqnozu ilə Kaliforniya ştatında xəstəxanaya yerləşdirilib.