Fransanın hüquq-mühafizə orqanları oğurlanmış avtomobillərin satışı və tütün məmulatlarının qanunsuz ticarəti ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvlərini ifşa edib.
Unikal.org xəbər verir ki, bu barədə Fransa Milli Jandarmeriyası özünün tvitter hesabında məlumat yayıb.
Qeyd olunub ki, cinayətkar qruplaşmanın üzvləri erməni və gürcülərdən ibarət olub. 61 ünvanda aparılan axtarışlar nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları 37 nəfəri saxlayıb.