Albaniyada 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 374 min əhalisi olan Tiranadan 55 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Hələlik zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.