İspaniyanın Kanar adalarındakı La Palma (Old Peak) vulkanı bir aydır ki, aktiv fəaliyyətdədir.
Unikal.org xəbər verir ki, davam edən lava axınına görə, indiyədək adadan təxliyə edilən insanların sayı 7 minə çatıb.
Bildirilib ki, vulkandan püskürən lavalar adaya çay şəklində çatır. Lavanın əhatə etdiyi sahə 754 hektara çatıb.
Təxminən 2 min ev və 60 kilometrlik avtomobil yolu lavanın altında qalıb.
Həftəsonu ləğv edilən uçuşların sayı 56-ya çatıb.
Onu da deyək ki, vulkanda sönmə əlamətləri müşahidə edilməyib.
Ağarza Elçinoğlu