İspaniyanın paytaxtı Madriddə özəl bir klinika tərəfindən açılan obyekt hər kəsin diqqətini çəkib. 

Unikal.org xəbər verir ki, "Ağlama Evi" adını  alan bu obyektdə  insanların rahat ağlaması üçün hər cürə  şərait yaradılıb. 

Belə ki, psixi sağlamlığın vacibliyini vurğulamaq və psixoloqa getmək fenomenini normallaşdırmaq məqsədi ilə açılan evi 3 gün ərzində pulsuz ziyarət etmək olar.

Solğun rəngli işıqlarla bəzədilmiş "Ağlama Evi"n divarlarında "İçəri gir və ağla", "Mənim də narahatlığım var", "Pis olmaq da yaxşıdır", "Ağlamaq cəsarətli ", eləcə də psixoloqların telefon nömrələri qeyd olunub. 

İnsanlar 60 dəqiqədən artıq qaldıqda  evə  ödəniş etməlidirlər.

Gülayə  Mecid