ABŞ-ın Milli Aerokosmos Agentliyi (NASA) Ayı "Wi-Fi” rabitəsilə təmin etmək üçün fəaliyyətə başlayıb.
Unikal.org xəbər verir ki, qurumdan verilən açıqlamaya görə, layihənin məqsədi ABŞ-ın internetə çıxışda problemi olan bölgələrini, eləcə də "Artemis" missiyalarını internetlə təmin etməkdir.
Agentlikdən yayılan məlumata əsasən, hazırda Yerin təbii peykində "Wi-Fi" şəbəkəsinin qurulmasının mümkünlüyü araşdırılır. Yaxın zamanlarda tətqiqatın nəticələri ictimaiyyətə çatdırılacaq.