İranda ötən sutka ərzində 181 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 124 256 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11844 nəfər COVID-19-a yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5 796 659 nəfərə çatıb.