NATO-nun Moskvadakı informasiya bürosu fəaliyyətini dayandırır.

Unikal.org xəbər verir ki, bu məlumatı Rusiya xarici işlər naziri Sergey Lavrov yayıb.

O, büronun fəaliyyətinin Moskvanın tələbi ilə dayandırdığını bildirib. Büronun əməkdaşlarının akkreditasiyası 1 noyabrdan ləğv ediləcək.

Qeyd edək ki, bundan öncə NATO Rusiyanın təşkilat yanındakı nümayəndəliyini azaltmaq barədə qərar qəbul etmişdi.