Böyük Britaniya həkimləri tez-tez hıçqırıqların xərçəngə işarə edə biləcəyini deyiblər.
Unikal.org-un məlumatına görə, bu barədə Daily Express qəzeti xəbər verib.
Hıçqırıqların yeməyin həddindən artıq tez qəbulu, çox miqdarda yemək və ya spirt içməsi səbəbindən yarana biləcəyi qeyd edilib. Eyni zamanda, bəzi hallarda bu simptom qida borusu xərçənginin yaranmasına işarədir:
"Mədə düzgün qaydada fəaliyyət göstərməyini dayandırarsa və heç bir səbəb olmadan onun şişdiyini görsəniz, xərçəng əlamətləri özünü göstərə bilər", - deyə həkim Husseyn Abdeh bildirib.
Hıçqırıqlar 48 saatdan çox davam edərsə həkimlər tibbi yardım xidmətinə müraciət etməyə çağırır.