Pakistanın Pəncab vilayətində ailə faciəsi baş verib.
Unikal.org "Reuters"ə istinadən xəbər verir ki, Müzəffərqarh şəhər sakini qızlarından birinin onun razılığı olmadan ərə getdiyi üçün öz evini yandırıb.
Yanğın nəticəsində kişinin 2 qızı və 4 nəvəsi yanaraq ölüb.
Bildirilib ki, uşaqlar 2, 6 və 13 yaşlarında olublar. Ən balaca cəsədin isə 4 aylıq körpə olduğu məlum olub.b
Faciənin səbəbkarı həbs olunub. İnsidentlə bağlı istintaq aparılır.
Ağarza Elçinoğlu