Latviyada koronavirus infeksiyasının yayılmasını məhdudlaşdırmaq üçün 4 həftə ərzində sərt qapanmalar tətbiq ediləcək.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Baş naziri Krişyanis Karinş mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, bu qərar Böhran İdarəetmə Şurası tərəfindən qəbul edilib.

K.Karinş qeyd edib ki, Xüsusi sərt məhdudiyyətlər oktyabrın 21-dən noyabrın 15-dək qüvvədə olacaq. Onun sözlərinə görə, bu müddət ərzində bir çox mağaza, əyləncə və təhsil müəssisəsi bağlanacaq.