Ötən ilin iyun ayından bu ilin oktyabr ayınadək kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı 6 007 müraciət daxil olub və bunlardan 4 849-na subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib.
Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.
"Təsdiqlənmiş faiz subsidiyasının məbləği 61,7 milyon manatdır", - o qeyd edib.