"Gürcüstan hakimiyyəti Mixail Saakaşvili haqqında yerli seçkilər öncəsində çox danışdı, amma indi onun haqqında unutmaq olar, dəmir barmaqlıqlar arxasında cəzasını çəkməyinə icazə vermək lazımdır".
Unikal.org xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
O, Saakaşvilinin "balansında" iki cinayət işinin olduğunu bildirib.
Qaribaşvili Saakaşvilinin cəzasını tam çəkmədən azadlığa buraxılmayacağını söyləyib:
"O məhbusdur və həbsdə minimum 6 il qalacaq".