Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 223 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 30 862 nəfər COVID-19 infeksiyasına yoluxub, 27 352 nəfər isə sağalıb.