2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 1,2 milyard tondan çox qida məhsulu idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz azdır.
Unikal.org bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
Hesabat dövründə idxal olunan qida məhsullarının dəyəri 14,7 faiz artaraq 1,174 milyard dollar təşkil edib.
Azərbaycan həmin dövrdə 28,1 min ton ət, 7 044 ton süd (9 791 dollar), 11 237 ton süd məhsulu, 262 min ton meyvə-tərəvəz, 11 min ton yaxın çay idxal edib.
Eyni zamanda, Azərbaycan 2021-ci ilin yanvar-sentyabr aylarında 69 milyon dollara yaxın (12,1 faiz artım) tütün və tütün məmulatı idxal edib.
Əczaçılıq sənayesi məhsullarının idxalı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,5 faiz azalaraq 16 348 ton təşkil edib.