“Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü hələlik planlaşdırılmır”.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan açıqlama yayıb.
“Müzakirədə olan görüşlərin formatı ilə bağlı müxtəlif təkliflər var”, - deyə Unanyan bildirib.