Bu gün Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları start götürüb.
Unikal.org xəbər verir ki, 2-ci dövrənin ilk oyunu Masazırda baş tutub. Belə ki, turnir cədvəlinin son pilləsində qərarlaşan “Sabah” “Sumqayıt”ı qəbul edib.
Günün 2-ci oyunu isə “Neftçi” və “Zirə” klubları arasında keçirilib. Çempionluq uğrunda mübarizə aparan Samir Abasovun komandası “Bakcell Arena”da rəqibini qəbul edib.
16:00 “Sabah” - “Sumqayıt” 3:0
Qollar: Fofana Tiemoko, 60, 83, Ceyhun Nuriyev, 79
Qırmızı vərəqə: Murad Xaçayev, 11
“Bank Respublika Arena”
18:15 “Neftçi” - “Zirə” - 2:1
Qollar: Sezar Meza Kolli, 39, Mirabdulla Abbasov, 84 - Ağabala Ramazanov, 6
”Bakcell Arena”, Bakı