“Böyük ehtimalla ABŞ Prezidenti Co Baydenlə görüşümüz Romada deyil, Qlazqoda olacaq”.
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandıran zaman deyib.
Ərdoğanın sözlərinə görə, görüşdə müzakirə ediləcək ən əsas mövzu “F-25” qırıcıları olacaq.
Qeyd edək ki, daha əvvəl Ərdoğanla Bayden arasında görüşün oktyabrın 30-31-də Romada keçiriləcək G-20 sammiti zamanı baş tutacağı açıqlanmışdı.