Daha bir universitetdə iki qrup üzrə dərslər onlayn formata keçirilib.

Unikal.org-un məlumatına görə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin "JK-049" və "JK-045" qruplarında tələbələr arasında koronavirusa yoluxma faktı aşkarlanıb. Həmin qruplar distant təhsilə keçib.

Məsələ barədə Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq. Universitetdən verilən məlumata görə, həmin qrupun tələbələri hazırda müşahidə altında saxlanılır. Əgər onların arasında yoluxma halı baş verməzsə, qruplar 1-ci gündən yenidən əyani tədrisə qaytarılacaq. Lakin qrupların distant təhsilə keçməsinə səbəb olan şəxslər sağalana qədər karantində qalacaq. 

Ağarza ELçinOğlu