Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti - Mərdəkan -Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.