Sosial şəbəkələrdə səhhəti ilə bağlı şikayəti yayılan Cəlilabad rayonu sakini, Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğluna 3-cü dərəcə əlillik təyinatı aparılıb.

Bu barədə Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.