Oktyabrın 29-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olan 2 nəfər müəyyən edilərək saxlanılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.