Samuxda 3 məktəb distant təhsilə keçib.

Unikal.org xəbər verir ki, bu barədə Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova bildirib.
N. Həsənova deyib ki, rayonun İnistitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagirdi, 6 müəllimi və 1 texniki işçisində, Qarayeri qəsəbəsində fəaliyyət göstərən orta məktəbdə 4 müəllimdə, Əhmədbəyli kənd tam orta məktəbində direktor və 4 müəllimdə koronavirus infeksiyası aşkar olunub. Bu səbəbdən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən, məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.(apa.az)